Nur-Sultanda kafedə partlayış olub, ölən və yaralananlar var

21 Noyabr 2020 22:16

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində kafedə partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  partlayış nəticəsində 1 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, kafedə qaz balonu partlayıb.

Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Milli.Az