Bu ölkədə reanimasiya şöbələrində boş çarpayı qalmayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçrə xəstəxanalarının reanimasiya şöbələrində rəsmi olaraq boş çarpayı qalmayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İsveçrə İntensiv Təbabət Cəmiyyəti pandemiya ilə əlaqədar vəziyyətin kollaps həddinə çatdığına dair məlumat yayıb. Məlumatda qeyd edilib ki, ölkədə reanimasiya şöbələrində yerləşən sertifikatlaşdırılmış və böyüklər üçün nəzərdə tutulan 876 çarpayı artıq xəstələrlə tutulub.
Cəmiyyətdən həmçinin bildirilib ki, son həftələrdə çarpayı çatışmazlığının qarşısını almaq üçün bir sıra xəstəxanalarda nəzərdə tutulan cərrahi əməliyyatları təxirə salınıb və həmin çarpayılar COVID-19 xəstələrinin sərəncamına verilib. Eyni zamanda əlavə çarpayılar sayəsində vəziyyətin nəzarət altında saxlanılmasına çalışılıb. Lakinin bununla belə, intensiv təbabət şöbələri artıq öz imkanlarının sərhəddinə çatıblar və COVID-19 pandemiyasının hazırkı dalğasının öhdəsindən gəlmək iqtidarında deyillər. Çarpayı çatışmazlığına görə xəstələrin bir qismi öz yaşayış yerinə yaxın xəstəxanalarda deyil, başqa kantonlardakı xəstəxanalarda yerləşdirilməli olublar və bu vəziyyət də ailə üzvləri üçün əlavə çətinliklər yaradıb.
Qeyd edilməlidir ki, hazırda İsveçrədə gündəlik yoluxma sayı 6115 nəfərə bərabərdir, noyabrın 6-da isə bu göstərici 10 min nəfəri ötmüşdü. Hazırda 3895 nəfər xəstəxana şəraitində müalicə alır, onlardan 544-ü reanimasiya şöbələrinə yerləşdirilib. Reanimasiya şöbələrindəki 345 xəstə isə digər xəstəliklərlə əlaqədar müalicə alırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)





