Dünya

İraq Silahlı Qüvvələrinin müşahidə məntəqəsinə hücum edilib, 11 nəfər ölüb

9 Noyabr 2020 08:40
Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bağdad şəhərindən qərbdə yerləşən İraq müşahidə məntəqəsinə silahlıların hücumu nəticəsində ən az 11 nəfər ölüb, 8 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin As Sumaria telekanalı bildirib.

Məlumata əsasən, hücum zamanı silahlılar qumbara və avtomatik silahdan istifadə ediblər.

Atışma nəticəsində beş hərbçi və altı mülki şəxs həlak olub.

Həkimlər səkkiz nəfərin yaralandığını bildirdi. Yaralananlar Bağdaddakı xəstəxanalarından birinə aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.