Xaricdə yaşayan ermənilər üçün əlavə reyslər açılıb - Qarabağa gətirilirlər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hərbi əməliyyatların başladığı dövrdən xarici ölkələrdə ermənilərin sıx yaşadığı yerlərdən Ermənistana aviareyslərin sayında artım müşahidə olunur.
Milli.Az Trend-ə istinadən bildirir ki, hələ 2016-cı ilin aprel döyüşləri zamanı ermənilər sıx yaşadıqları Rusiyanın Voronej şəhərindən Qarabağda döyüşmək üçün 300 nəfərdən ibarət dəstə göndərmək istəyiblər.
Rusiyanın Voronej vilayətində böyük Ermənistan diasporu fəaliyyət göstərir. Bu vilayət Ukraynanın münaqişə gedən ərazilərinə yaxındır. Bu fakt həmin ərazilərdən gizli çıxarılmış silahların Ermənistana göndərilməsi imkanlarını istisna etmir.
Hazırda da ermənilərin sıx yaşadığı ərazilərdən Ermənistana aviareyslərin sayında artım müşahidə olunur. "Flightradar24" məlumat bazasının təhlili göstərir ki, bu işlərə Ermənistanın öz aviaşirkətləri fəal cəlb olunub. Belə ki, "Aircompany Armenia" şirkəti Voronejdən Yerevana reys planlaşdırıb (oktyabrın 23-də həyata keçiriləcək).
Qeyd edək ki, bir müddət əvvəl xarici telekanallar Fransadan döyüşmək üçün Ermənistana gələn şəxslərin hava limanında qarşılanması barədə videosüjet hazırlamışdı. "Flightradar24"-ün məlumatına görə, "Aircompany Armenia" şirkəti oktyabrın 14-də Fransanın Lion şəhərindən aviareys həyata keçirib. Növbəti belə reys bu gün üçün (22 oktyabr) planlaşdırılıb.
Əlavə edək ki, oktyabrın 14-də Liondan həyata keçirilmiş aviareys, şirkətin son 30 gün ərzində bu şəhərdən ilk uçuşudur. Bu, həmin reysin müntəzəm xarakter daşımadığını və Fransadan Qarabağa erməni yaraqlılarını daşımaq üçün istifadə olunduğunu söyləməyə əsas verir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sabah çimərliyə getmək istəyənlərin nəzərinə
-
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında öldülər
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."





