Dünya

Bu ölkə beynəlxalq uçuşları bərpa edir

26 Sentyabr 2020 11:49
Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Peru hakimiyyəti pandemiya ilə əlaqədar altı aydan çoxdur qadağan edilmiş beynəlxalq hava əlaqələrini 5 oktyabr tarixindən etibarən bərpa etməyi planlaşdırır.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə cümə günü ölkə Prezidenti Martin Viskarra məlumat verib.

Siyasətçinin sözlərinə görə, beynəlxalq uçuşlara Nəqliyyat və Səhiyyə Nazirliklərinin təqdim edəcəyi konkret qaydalar əsasında icazə veriləcək.  

Prezident əlavə edib ki, ilkin mərhələdə aviauçuşlar bəzi qonşu ölkələrlə bərpa olunacaq.

Eyni zamanda Peru hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddətini oktyabrın 31-dək uzadıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.