Dünya

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb

14 Sentyabr 2020 21:12
Baxış: 673
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniyada koronavirus vaksininin kliniki sınaqları başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Santander şəhərində xəstəxanaların birində "Johnson & Johnson" şirkətinin hazırladığı vaksin sınaqdan keçirilir.

Sabahdan etibarən isə sınaqlar paytaxt Madriddə başlayacaq. Sınaqlarda iki yaş qrupuna bölünmüş (18-55 və 65 yaşdan yuxarı) 190 könüllü iştirak edəcək.

Sınaqların ilk iki mərhələsinin 6 ayadək müddət ərzində keçirilməsi planlaşdırılır.

İspaniyadan başqa həmin vaksin Belçika və Almaniyada da sınaqdan keçiriləcək. Bu prosesdə ümumilikdə 550 könüllü iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.