Dünya

Azərbaycanlı "Bilayn" şirkətinin prezidenti oldu

19 Avqust 2020 13:57
Baxış: 1 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəşid İsmayılov Rusiyanın "VimpelCom" telekommunikasiya şirkətinin ("Bilayn" brendi) direktorlar şurasının iclasında şirkətin prezidenti seçilib.

Milli.Az Trend-ə istinadən bildirirki, bu barədə şirkət açıqlama yayıb.

R.İsmayılov 2023-cü ilin avqust ayına qədər üçillik müqavilə imzalayıb. O, əvvəllər şirkətin baş direktorunun müşaviri vəzifəsində işləyib.

R.İsmayılov 2014-cü ildən 2018-ci ilə qədər rabitə nazirinin müavini olub, daha sonra "Nokia" şirkətinin Rusiyada baş direktoru vəzifəsində çalışıb. 2019-cu ildən etibarən trafik filtrləmə sistemlərini tətbiq edən "Məlumatların İşlənməsi və Avtomatlaşdırılması Mərkəzi" (DCAA) şirkətinə rəhbərlik edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.