Dünya

Belçikada Azərbaycan folkloru barədə kitab çıxıb-FOTO

22 Aprel 2010 12:26
Baxış: 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təşkilatdan Milli.Az xəbər portalına daxil olan məlumata görə, "Folklore et Coutumes Azerbaidjanais" (Azərbaycan Folkloru və Ənənələri) adlı kitab məcmuə xarakteri daşıyır. Belə ki, kitabda Azərbaycan folkloru, xalq inancları, ədəbiyyatı, aşıq ədəbiyyatı, milli musiqisi, milli rəqsləri, xalq mahnıları, muğamı, toy və yas ənənələri, bayramları, mətbəx mədəniyyəti, qonaqpərvərliyi, milli geyimləri və Azərbaycan xalçaları haqqında məlumat və fotoşəkillər yer alıb. Kitabın müəllifi Belçika Azərbaycan Evinin sədri Bülent Gürçamdır.

Kitabı nəşr etməkdə əsas məqsəd, qısa da olsa folklorumuz, milli adət-ənənələrimiz haqqında fransız dilli ölkələrə müəyyən bilgilər verməkdir. Kitab Belçika başda olmaq üzrə, digər fransız dilli ölkələrdə satışa çıxarılacaq, eyni zamanda müəyyən qurumlara hədiyyə ediləcək.  

Qeyd edək ki, bu günə kimi Belçika Azərbaycan Evi bir diaspor qurumu olaraq, fransız dilində "Cuisine Nationale Azerbaidjanaise" (Azərbaycan Milli Mətbəxi) və "Terre Occupee-Le Haut Karabakh" (Əsir Torpaq Qarabağ) adlı daha iki kitab nəşr etdirib. Qurumun fransız dilinə verdiyi üstünlüyün başlıca səbəbi, fəaliyyət göstərdiyi ölkənin ana dilinin fransız dili olması ilə əlaqədardır.  

"Folklore et Coutumes Azerbaidjanais" (Azərbaycan Folkloru və Ənənələri) kitabı Azərbaycan Respublikasının Belçika krallığındakı səfirliyinin dəstəyi ilə nəşr edilib.

Qeyd edək ki, Belçika Azərbaycan Evi 2004-cü ildən Azərbaycanın ilk diaspor qəzeti olan "Euro Xəbər" qəzetini də nəşr edir.

Milli.Az




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.