Dünya

Qəbilələr arasında münaqişə: 13 nəfər həlak olub

11 Avqust 2020 19:04
Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın şərqindəki Benue ştatında qəbilələr arasında münaqişə zəminində 13 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, münaqişə Ukpoqo-Edikvu icmasında başçının seçilməsi zamanı baş verib.

Qeyd olunur ki, bir klana məxsus silahlı şəxslər digər klanın ərazilərinə daxil olaraq 13 nəfəri qətlə yetirib.

Həmin icmada başçı seçimi ilə əlaqədar münaqişə tərəflər arasında 1994-cü ildən etibarən davam edir. Bu günədək tərəfləri barışdırmaq cəhdləri heç bir nəticə verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.