Dünya

BMT Livana 50 min ton un göndərəcək

11 Avqust 2020 17:49
Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Ümumdünya Ərzaq Proqramı Livanda ərzaq qıtlığı ilə mübarizə çərçivəsində 50 min ton buğda unu göndərəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, paytaxt Beyrutun limanında baş vermiş güclü partlayış zamanı taxıl anbarlarının dağılması nəticəsində ölkə ərzaq qıtlığı ilə üz-üzə qalıb.

Ümumdünya Ərzaq Proqramının icraçı direktoru bildirib ki, Beyrut limanı iki həftə ərzində fəaliyyətini bərpa etməsə, ölkədə çörək qurtaracaq.

Eyni zamanda sığorta şirkətləri partlayış nəticəsində dəyən ziyanın 3 milyard dollara yaxın olduğunu hesablayıb.

Qeyd edək ki, avqustun 4-də Beyrutda baş vermiş partlayış nəticəsində azı 154 nəfər həlak olub, təxminən 5 min nəfər yaralanıb. Onlarla şəxs itkin düşüb, 300 min nəfər evsiz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.