Mədəniyyət

Opera və Balet Teatrı səhnəsində “Orfey və Evridika” möhtəşəm sənət axşamı baş tutdu - FOTO

25 Fevral 2026 17:39
Baxış: 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində möhtəşəm sənət axşamı keçirilib. Tamaşaçılara Kristof Villibald Qlyükün birpərdəli opera-baleti "Orfey və Evridika" əsəri təqdim olunub.

Yüksək peşəkarlıqla ərsəyə gətirilən tamaşa duyğusal dərinliyi, musiqi dramaturgiyası və təsirli səhnə həlli ilə yadda qalıb. Səhnə və musiqi interpretasiyasının vəhdəti tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

Baş rolları Əməkdar artist İlham Nəzərov (Orfey) və Əməkdar artist Fəridə Məmmədova (Evridika) ifa ediblər. Amur obrazını Zümrüd Davudova canlandırıb. Balet səhnələrində Orfey partiyasını Əməkdar artist Anar Mikayılov, Evridika partiyasını isə Liana Praqa təqdim edib.

Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olub. Quruluşçu rejissor və baletmeyster Əməkdar artist Yuriy Lobaçev, səhnə tərtibatçısı isə Əməkdar incəsənət xadimi Tehran Babayevdir. Konsertmeysterlər qismində Daniil Kirillov və Nüşabə İsa çıxış ediblər.

Qeyd edək ki, tamaşa yüksək səhnə mədəniyyəti və peşəkar ifaları ilə sənətsevərlərə unudulmaz axşam yaşadıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.