Pompeonun Rusiyaya Talibana mükafatlarla bağlı xəbərdarlıq etdiyi bildirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
The New York Times-ın verdiyi məlumata görə, ABŞ dövlət katibi Mayk Pompeo Rusiya xarici işlər nazirinə Əfqanıstanda ABŞ əsgərlərini öldürmələri üçün Taliban militantlarına ödənildiyi iddia olunan pul mükafatları ilə bağlı xəbərdarlıq edib.
Qəzet adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən cümə günü Pompeonun Rusiya xarici işlər naziri Sergey Lazvrova iyulun 13-də baş tutan telefon danışığı zamanı xəbərdarlıq etdiyini bildirib.
The Times bildirib ki, bu, ABŞ-ın yüksək vəzifəli rəsmisi tərəfindən Rusiyaya mükafatlarla bağlı ilk bilinən xəbərdarlıqdır.
Pompeo daha öncə Rusiya ilə bu ittihamları müzakirə edib-etmədiyini bildirməyi rədd edir. Lakin, o ötən ay Senatın Xarici Əlaqələr Komitəsinə Lavrovla hər danışığında "amerikalıları riskə atan bütün məsələləri qaldırdığını" deyib.
Tramp kəşfiyyat icmasının narahatlıqlarına baxmayaraq, Rusiyanın ABŞ əsgərlərinin öldürülməsi üçün mükafat təklif etməsi ilə bağlı xəbərləri "Rusiya ilə əlaqəli növbəti uydurma" adlandırıb.
Tramp ötən ay Floridada müxbirlərə: "Bu məsələ heç vaxt mənim diqqətimə çatdırılmayıb, bəlkə də onlar bunu həqiqət hesab etmədikləri üçün etməyiblər. Çünki mənim diqqətimə çatdırılsa, mən bir tədbir görərəm" deyib.
"Axios on HBO" verilişinə verdiyi müsahibədə Tramp bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi telefon danışığı zamanı pul mükafatı məsələsini müzakirə etmədiyini söyləyib.
"Bu telefon danışığı başqa məsələləri müzakirə etmək üçün baş tutub və, açığını desəm, çox adam həmin məsələnin saxta olduğunu deyib," Tramp bildirib.
Ağ Ev rəsmiləri deyib ki, Tramp pul mükafatları ilə məlumatlandırılmayıb, çünki məsələ ilə bağlı qəti nəticə əldə olunmayıb. Lakin The New York Times daxil olmaqla bir neçə media orqanı məsələnin fevral ayında prezidentə təqdim olunan gündəm arasında yer aldığını bildiriblər. Tramp ona şəxsən məsələ ilə bağlı məlumatın verilmədiyini deyib.
Rusiya Talibana Əfqanıstanda ABŞ əsgərlərini öldürmək üçün pul təklif etdiyini inkar edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 19 nəfər həlak olub - Yenilənib
-
ABŞ Keşm adasına raket zərbəsi endirdi - (Video)
-
İran PUA texnologiyalarını Ermənistana ötürüb? – Eyni dron İrəvanda istehsal olunur
XƏBƏR LENTİ
-
Avtobus sürücülərinin qayda pozmasına görə hansı tədbir görülür? - (Video)
-
ABŞ Milli Təhlükəsizlik Agentliyi məxfi şəbəkəsində nasazlıq yarandığını təsdiqləyib
-
Putinin tərcüməçisi ABŞ rəsmiləri ilə görüşə damğa vurdu - (Video)
-
Bələdiyyə sədri qəfil öldü - (Foto)
-
ABŞ-də benzin xeyli ucuzlaşdı
-
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin (Fotoları)
-
Günün qoroskopu: Ani qərarlar vermək üçün uyğun gün deyil
-
Rusiyanın Kemerovo vilayətində "An-12" qəzaya uğrayıb, 19 nəfər həlak olub - Yenilənib
-
11 milyon dollarlıq əmlak: Lamin Yamal Şakira və Pikenin evinin yeni sahibi oldu
-
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
-
Qaranlıq yollara işıqqaytarıcı boyaların vurulması effektivdir? - (Video)
-
Müzəffər İsayev vəfat etdi
-
"Xəyanət edirsə, onu bağışla" - Ayan Babakişiyeva
-
Məşhur aktyor Luis Lorenso həbs edildi
-
ABŞ Keşm adasına raket zərbəsi endirdi - (Video)
-
Bədbəxt hadisə nəticəsində ölən Elvinin (Fotosu)
-
Eldar İsmayılov təqaüdə göndərilir
-
"Atamda xərçəng aşkarlandı, 20 günün içində öldü" - Xuraman Əlizadə
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
"Müalicəmi davam etdirmədim" - İntizar Məmmədzadə xəstəliyindən danışdı
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Bella və Cici Hadidin atası özündən 35 yaş kiçik rus modellə evlənir - (Foto)
-
Kürdəmirdə 6 otaqlı ev əşyaları ilə birlikdə kül oldu - (Foto)
-
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - Yenilənib





