Dünya

Polisdən qaçan yeniyetmələr silahla Trampın malikanəsinə daxil oldular

6 Avqust 2020 11:22
Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Florida ştatında polis Prezident Donald Trampın malikanəsinin ərazisinə silahla daxil olmuş 3 yeniyetməni saxlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, həmin yeniyetmələr polis təqibindən qaçarkən təsadüfən D.Trampın Mar-a-Laqo malikanəsinə daxil olublar.

Qeyd olunur ki, polis helikopterlər vasitəsilə onları aşkar edib. Yeniyetmələrin üzərində olan çantadan AK-47 avtomatı və patronlar aşkar edilib.

İnsident baş verən zamanı Prezident və ailəsi malikanədə olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.