Dünya
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hansı hökümət "Google"-dan nə istəyib?
21 Aprel 2010 21:50
Baxış: 258
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Google" müxtəlif ölkələrin hökumətləri tərəfindən bu və ya digər kontentin ləğv edilməsi və ya hər hansı bir istifadəçi haqqında informasiyanın təqdim edilməsi xahişinə dair onun ünvanına daxil olan müraciətlərin sayını göstərən onlayn-servis təqdim edib.
Bu barədə Milli.Az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən xəbər verir.
Google.com/governmentrequests ünvanında istənilən şəxs üçün açıq olan yeni servisin səhifəsində məlumatların silinməsi və istifadəçi haqqında informasiyanın təqdim edilməsi üzrə ölkələrdən daxil olan ayrı-ayrı müraciətlərin müxtəlif say göstəricisi ilə dünya xəritəsi əks olunub.
Şəxsi məlumatların təqdim edilməsinə dair sorğuların sayı üzrə Braziliya birinci yerdədir. Belə ki, 1,5 il ərzində Braziliya hökuməti bu cür informasiyanın verilməsi xahişi ilə "Google" şirkətinə düz 3663 dəfə müraciət edib. İkinci yerdə isə 3580 müraciətlə ABŞ gəlir. Braziliya və ABŞ-dan sonra "Google" tərəfindən tərtib olunan cədvəldə Böyük Britaniya (1166 sorğu), Hindistan (1061) və Fransa (846) yer alıb.
"Google" servislərindən bu və ya digər kontentin silinməsinə dair sorğulara gəldikdə isə burada da Braziliya 291 müraciətlə digər ölkələri qabaqlayıb. İkinci yerdə "Google"-a 188 dəfə sözügedən sorğu ilə müraciət etmiş Almaniya gəlir. Şirkətin hesablamalarında üçüncü pillədə Hindistan (142), dördüncüdə isə ABŞ (123) təmsil olunub.
"Google" tərəfindən hazırlanmış xəritədə regionun da bir sıra ölkəsi göstərilib. Belə ki, "Google" servislərindən hər hansı bir kontentin silinməsinə dair şirkətə Ermənistan, Rusiya, Türkiyə müraciət edib. Bu ölkələrin hər birindən 10-dan az sorğu təqdim olunub. Azərbaycan xəritədə göstərilməyib.
Xəritədə göründüyü kimi, "Google" Rusiyadan daxil olan müraciətlərin 100 faizini qismən və ya tam təmin edib. Türkiyə üzrə bu göstərici 66,7%, Ermənistanda - 0%. Qeyd edək ki, bu cür xidmətin təqdim olunması "Google" tərəfindən bütün dünyada internet-senzura ilə apardığı mübarizə strategiya çərçivəsində atılmış növbəti addımdır.
Şirkət servisin hələ ki təzə olduğunu və onun üzərində işləyəcəyini bildirib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Hakan Fidan yunanıstanlı həmkarı ilə görüşdü
-
Son 2 gündə Qara dənizdə 17 Azərbaycan vətəndaşı xilas edilib - (Yenilənib)
-
Daha bir ölkədə “Telegram”a qadağa qoyuldu - (Yenilənib)
-
“Bossların bossu” öldü
XƏBƏR LENTİ
-
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salınıb
-
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Görən xarab yumurta bilib zibilə atır, biri 15-17 manata satılır
-
“İynə ilə arıqlayanlar "çuxotka"ya oxşayırlar"
-
Pasportları alüminium folyoya bükürlər
-
Saçlarını mineral su ilə yumağa başladılar
-
Satış ömrü çox qısadır - suyunu içən şəfa tapır
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)