10 milyona yaxın uşaq təhsilini yarımçıq qoya bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirus pandemiyasından sonra kasıblığın artması və təhsil sahəsinə büdcə xərclərinin azaldılması səbəbindən dünyada ən azı 9,7 milyon uşaq ilin sonunadək təhsilini dayandıra bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat "Save the Children" beynəlxalq xeyriyyə təşkilatının məruzəsində əksini tapıb.
Məlumata əsasən, koronavirus pandemiyası səbəbindən yaxın 18 ayda bəzi kasıb ölkələrdə təhsil xərcləri təxminən 77 milyard dollar azalacaq. Bu səbəbdən 40 ölkədə yaşayan uşaqlar təhsilini birdəfəlik dayandıraraq pul qazanmaq məcburiyyətində qala bilər. Hazırda ən mürəkkəb vəziyyət 12 ölkədə - Afrikanın bir sıra dövlətlərində, həmçinin Yəmən və Əfqanıstanda qeydə alınıb.
Pandemiyanın yayılmasının qarşısını almaq məqsədilə təhsil müəssisələrinin bağlanması ibtidai və orta məktəblərdə oxuyan 1 milyarddan çox uşağa təsir edib. Onların 500 milyonunun distant təhsil almaq imkanı yoxdur.
Məruzə müəllifləri milli hökumətləri və donor-təşkilatlarını təhsilə əlavə vəsait ayırmağa çağırıb. Dünya Bankı bu məqsədlə 35 milyard dollar təqdim edəcək. Kommersiya kreditorları kasıb ölkələrdən ödəniş almağı dayandırsa, bu, əlavə olaraq sonradan təhsil sahəsinə 14 milyard dollar ayırmağa imkan yaradacaq.
Qeyd edək ki, mənzil-qərargahı Londonda yerləşən "Save the Chilren" beynəlxalq xeyriyyə təşkilatı bütün dünya üzrə uşaqlara qida və yaşayış yeri əldə etmək, həmçinin təhsil və səhiyyə xidmətləri almaq üçün yardım edir. Onun fəaliyyəti milli hökumətlər, iri kommersiya kompaniyaları və fərdi xeyriyyəçilər tərəfindən maliyyələşir. Təşkilatın hesabatına əsasən, 2018-ci ildə onlar 2,2 milyard dollardan çox vəsait cəlb etməyə nail olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İmişlidə yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı
-
"Həmin hadisələrdən sonra Cavanşir Məmmədovun ürəyi partladı"
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir





