İsrailin Səhiyyə Nazirliyi total karantinin hansı şərt daxilində bərpa ediləcəyini açıqlayıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrailin Səhiyyə naziri Yuli Edelşteyn qapalı iclasda bildirib ki, "qırmızı xətt"in mövcud olmasına görə bütün İsraildə yenidən sərt karantin tətbiq oluna bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sutka ərzində koronavirusa yoluxanların sayı 2 minə çatacağı təqdirdə İsrailin total karantini bərpa etməsi ehtimal olunur.
"Sutka ərzində 2 min yoluxma halı çox ciddi, qırmızı siqnaldır. Belə bir ssenarinin baş verməməsi üçün biz əlimizdən gələni edəcəyik. Amma bu hal baş verərsə, bizim total karantini bərpa etməkdən başqa seçimimiz qalmayacaq", - deyə Səhiyyə naziri qeyd edib.
Son məlumatlara görə, gün ərzində maksimum 2 min yoluxma faktının aşkarlanması artıq "fantastik" görünmür. Artım tempi hələlik çox yüksək həddə qalmaqdadır və hər gün sabit olaraq 1000-dən çox yoluxma faktı qeydə alınır.
Daha əvvəl Səhiyyə Nazirliyinin Baş direktoru professor Hezi Levi "ölkənin yenidən bağlanması ssenarisinin daim müzakirə olunduğunu" deyib. O, koronavirusa ən təhlükəli yoluxma ocaqlarının müəyyənləşdirildiyi bir sıra rayonlara girişə məhdudiyyət qoyulandan sonra da bu məsələnin gündəlikdən çıxarılmadığını vurğulayıb.
Yeni total karantinin ölkə miqyasında "son dərəcə ağır" nəticələr verə biləcəyini söyləyən professor Levi belə bir qaydanın tətbiq edilməməsi üçün Səhiyyə Nazirliyinin əlindən gələni edəcəyini vəd edib. "Lakin koronavirusa qarşı dərman olmadığı üçün bizim digər seçim imkanımız yoxdur. Hazırda bu baxımdan, təbii ki, ən effektli üsul insanların bir-biri ilə sosial məsafə saxlamalarıdır", - deyə Səhiyyə Nazirliyinin baş direktoru söyləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi





