Ərəb ölkələrində də COVID-19-a yoluxanların sayı artır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ərəb ölkələrində COVID-19-a yoluxanların sayı artmaqda davam edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son sutka ərzində ən çox yoluxma Səudiyyə Ərəbistanında qeydə alınıb. Krallıqda daha 3 min 383 nəfər yeni növ koronavirusa yoluxub, 54 xəstə isə dünyasını dəyişib. Bu ölkənin Səhiyyə Nazirliyi bildirib ki, yoluxma halları 198 min, vəfat edənlərin sayı isə 1752 nəfərə çatıb. Həfuf və Məkkə şəhərlərində daha çox insan COVID-19-a yoluxub.
Misirin Səhiyyə Nazirliyi son sutkada daha 1485 nəfərin COVID-19-a yoluxduğunu, 86 nəfərin isə vəfat etdiyini bildirib. Artıq ölkədə yoluxma halları 71 mini keçib, həyatını itirənlərin sayı 3120 nəfərdir.
Birləşmiş Ərəb Əmirliklərində də iyulun 2-də yeni növ koronavirusa yoluxanların sayı (400 nəfər) artıb, bir pasiyent vəfat edib. İndiyədək bu ölkədə 50 minə yaxın insan COVID-19-a yoluxub, 317 nəfər vəfat edib.
Əhalisinin sayı daha az olan Küveytdə isə son sutka ərzində rekord sayda - 919 yoluxma qeydə alınıb. Bu ölkənin Səhiyyə Nazirliyi bildirib ki, indiyədək 9 mindən çox insan yeni növ koronavirusa yoluxub, 359 xəstə vəfat edib.
Daha bir ərəb ölkəsi - Omanda son sutkada 1361 nəfər COVID-19-a yoluxub, indiyədək yoluxanların sayı isə 43 minə çatıb. Ölkənin Səhiyyə Nazirliyi bugünədək karantin xəstəxanalarında 188 nəfərin vəfat etdiyini bildirib.
Son sutka ərzində Qətərdə 915 yoluxma qeydə alınıb, iki nəfər vəfat edib. QNA xəbər agentliyinin məlumatına görə, COVID-19-a yoluxanların ümumi sayı 13 min nəfərə çatıb, 115 xəstə vəfat edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nəvəsi birinci sinfə gedir - (Foto)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir





