Dünya

Yaponiyada koronavirusa qarşı vaksinin kliniki sınaqlarına başlanılıb

3 İyul 2020 07:21
Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "AnGes" biofarmasevtik startap şirkəti ölkədə koronavirusa qarşı vaksinin ilk sınaqlarına başlaması barədə məlumat yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin şirkət Osaka universitetinin tədqiqatçılar qrupu tərəfindən yaradılıb. Bildirilir ki, şirkət Osaka universitetinin xəstəxanasında 30 sağlam şəxs üzərində DNK vaksininin sınaqlarına başlayıb.

Vaksinin tərkibində virusun üzərində yerləşən zülalın DNK-nın olduğu bildirilir. Tədqiqatçıların qənaətinə görə, vaksinin yeridildiyi insanın immun sistemi koronavirusa yoluxmanın qarşısını alan anticisimlər hazırlayacaq.

Kliniki sınaqların iştirakçıları iki həftə ərzində fasilələrlə vaksinin iki inyeksiyasını alacaqlar. Bundan sonra anticisimlərin hazırlandığını müəyyən etmək üçün testlər keçiriləcək.

Sınaqların tətbiq edildiyi 15 nəfərə vaksinin böyük dozası, digərlərinə isə az doza yeridiləcək. Tədqiqatçıların qruplar arasındakı fərqi müqayisə edəcəyi bildirilir.

Eyni zamanda, şirkətin cari il ərzində kliniki sınaqların növbəti mərhələsinə keçəcəyi də qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.