Dünya

Gürcüstan silahlı qüvvələrinin bütün bölmələri M4 avtomat silahı ilə təmin olunacaq

19 İyun 2020 02:30
Baxış: 1 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan silahlı qüvvələrinin bütün bölmələrində yeni növ M4 avtomat silahından istifadə olunacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili parlamentdəki çıxışı zamanı söyləyib.

Nazir deyib ki, ölkənin bəzi qüvvələrində M4 avtomat silahından istifadə olunur. Gürcüstan bu avtomatları silahlanmaya daxil edib və bütün bölmələrdə M4 silahları istifadə ediləcək.

Qeyd edək ki, M4 avtomatik karabini ABŞ-ın "M16A2" modeli əsasında hazırlanıb. Bu silahdan təkcə müdafiədə deyil, hücum əməliyyatlarında da geniş istifadə olunur.

Silahların alınması ABŞ hökumətinin Gürcüstan Silahlı Qüvvələrinin dünyada sülhün qorunması və təhlükəsizliyin bərpasında iştirakına kömək məqsədilə ayırdığı 22 milyon dollarlıq vəsait hesabına alınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.