Dünya

Fransada onlayn beynəlxalq animasiya festivalı başlanıb

16 İyun 2020 07:55
Baxış: 2 362
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ansi gölünün sahilində eyni adlı fransız şəhərində 70 ölkədən çox cizgi filmləri rəssamlarının iştirakı ilə keçirilən beynəlxalq animasiya festivalı pandemiya səbəbindən onlayn formatda işinə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 60 illiyini qeyd etməli olan nümayişlər iyunun 15-də start götürüblər və iyunu ayının 30-dək davam edəcəklər.

"Tarixdə ilk dəfə olaraq onlayn formatda olan Ansi festivalını açıq elan edirik. 2020-ci ildə onlayn nəşrimiz mövcud vəziyyətə uyğunlaşıb. Bu festivalda iştirak etmək və evdə ən yaxşı animasiyalardan zövq almaq üçün istisna bir fürsətdir", - təşkilatçılar qeyd ediblər.

Ansidəki festival və film bazarı animasiya dünyasının ən qədim və əlamətdar hadisələrindən biridir. Nümayiş 1956-cı ildə ilk dəfə Kann film festivalında yaranan "Beynəlxalq Animasiya Günləri" xüsusi cizgi filmləri hissəsindən 1960-cı ildə ayrı bir festivala çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.