Dünya

Tunis sahillərində gəmi çevrildi, azı 61 nəfər öldü

14 İyun 2020 09:45
0 Şərh     Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tunis sahillərində Afrikadan olan miqrantların olduğu gəmi çevrilib. Nəticədə azı 61 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət nümayəndəsinə istinadən məlumat yayıb. Bundan əvvəl "AFP" 52 nəfərin öldüyünü bildirmişdi.

Gəminin çevrilməsi nəticəsində boğulanların arasında bir uşağın olduğu da bildirilir. "Reuters"in məlumatına görə, miqrantlarla dolu olan gəmi ötən həftənin sonlarında Tunisin Kerkenna arxipelaqından çıxaraq İtaliya sahillərinə doğru istiqamətlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.