Gürcüstan erməni turistlər üçün sərhədləri açmayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstan öz sərhədlərini koronavirusun yayılma riski çox olan ölkələrdən, o cümlədən Ermənistandan gələcək turistlər üçün açmayacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat yayıb.
Onun sözlərinə görə, turistlər, ilk növbədə, "yaşıl zona" ölkələrindən qəbul olunacaq.
Hazırda Gürcüstanın turizm departamenti bu istiqamətdə iş aparır. Koronavirusun yayılma riski az olan ölkələrlə müqavilə imzalanacaq. Turistlərin hansı test-yoxlamaların keçirilməsi prosedurları da hazırlanır.
Hər bir turist sərhədi keçməmişdən 48 saatdan gec olmayaraq, test-yoxlamadan keçməlidir.
Gürcüstan sərhədini keçərək ölkəyə daxil olduğu anda hər bir turist üzərində müşahidə aparılacaq.
Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın "təhlükəsiz dəhliz" vasitəsilə İsrail, Avstriya, Ermənistan, Çexiya və Ukraynadan turistlər qəbul edəcəyi barədə məlumat yayılmışdı.
Son günlər Ermənistanda koronavirusa yoluxanların sayının kəskin artması səbəbindən Gürcüstan bu ölkədən gələn turistləri qəbul etməyəcəyini bildirir.
Qeyd edək ki, iyunun 1-dək Ermənistanda koronavirusa yoluxanların sayı 9492 nəfərə çatıb. Onların arasında ölkənin baş naziri Nikol Paşinyan və onun ailəsi də var. Bu ölkədə virusdan ölənlərin sayı isə 131 nəfər təşkil edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
XƏBƏR LENTİ
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir
-
Coli boşandıqdan sonra ilk dəfə yeni eşqə "yelkən açır"
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş rejimdə işləyəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb





