Dünya

Koronavirusa qəsdən yoluxdurmanın üsulu tapılıb

2 İyun 2020 18:14
Baxış: 2 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinli alimlər siçanları koronavirusa yoluxdurmağın üsulunu tapıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunun üçün alimlər CRISPR/Cas9 texnologiyasından istifadə ediblər.

Qeyd olunur ki, aparılan təcrübələr zamanı angiotenzin fermenti əldə olunub. Bu ferment vasitəsilə SARS-CoV-2 koronavirusu orqanizmə daxil olur.

Mütəxəssislər nəfəs yolları və mədə vasitəsilə siçanları koronavirusa yoluxdura bilib.

Bununla belə, digər hallarda siçanları qəsdən koronavirusa yoluxdurmaq mümkün olmayıb.

Alimlər hesab edir ki, bu üsul COVID-19 infeksiyasına qarşı vaksinin tapılmasına kömək edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.