Dünya

Gürcüstan builki seçkilərə daha çox beynəlxalq müşahidəçi dəvət edəcək

30 May 2020 08:53
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan oktyabrın 31-nə nəzərdə tutulmuş parlament seçkilərini daha demokratik, azad və şəffaf keçirməkdə maraqlıdır. Bunun üçün hökumət əlindən gələni edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria parlamentdəki çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Gürcüstanın builki parlament seçkilərində daha çox müşahidəçi olacaq. Hökumət seçkilərə daha çox beynəlxalq müşahidəçi dəvət edəcək.

"Epidemioloji testlər olacaq, məsafələr qorunacaq, müşahidəçilər nəqliyyat vasitələri ilə təmin ediləcək. Əlimizdən gələni edəcəyik ki, beynəlxalq müşahidəçilərin seçkilərə nəzarət etmələri üçün heç bir maneə olmasın. Pandemiyanın qlobal partlaması baş verməsə, onlar mütləq seçkilərdə iştirak edəcəklər", - deyə Giorgi Qaxaria vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.