Dünya

"Virgin Orbit" şirkətinin raket-daşıyıcısının ilk sınağı uğursuz keçdi

26 May 2020 07:55
Baxış: 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikan şirkəti "Virgin Orbit" sınaqlar zamanı "LauncherOne" raket-daşıyıcısını orbitə çıxara bilməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkət xəbər yayıb.

"Raketin təyyarədən ayrılmağı təsdiqləndi. Lakin uçuşun ilk dəqiqələrindən sınaq dayandırıldı. Təyyarə və ekipaja hazırda təhlükə yoxdur, onlar bazaya qayıdır", - məlumatda deyilir.

Hadisənin təfərruatları barədə məlumat verilmir. Bununla belə, "Virgin Orbit" şirkəti raketin təyyarədən ayrildığından üç dəqiqə sonra problemlər haqqında xəbər verib.

Xatırladaq ki, 21 metr uzunluğu olan "LauncherOne" raket-daşıyıcısı orbitə kiçik peyklərin çatdırılması üçün nəzərdə tutulub.

Sınaq planına əsasən raketin ABŞ-ın Mohave səhrasındakı (Kaliforniya ştatı) kosmoportundan uçan "Boeing-747" təyyarəsindən havada ayrılması nəzərdə tutulurdu. Raket təyyarədən Sakit okean suları üzərində ayrıldıqdan sonra avtomatik olaraq mühərriklərini işə salacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.