Dünya

Boksçunun öldürdüyü qızın WhatsApp yazışmaları yayıldı - FOTO

25 May 2020 10:35
0 Şərh     Baxış: 5 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə millisinin üzvü cinayət törədib.

Milli.Az haberler-ə istinadla bildirir ki, hadisə Türkiyənin Muğla vilayətində baş verib. Millinin 26 yaşlı boksçusu Selim Ahmet özündən bir yaş kiçik sevgilisini qətlə yetirib.

O, Zeynep Şenpınarı bıçaqlayaraq öldürüb. Qadının ölümündən əvvəlki WhatsApp yazışmaları yayılıb. O, rəfiqəsi ilə söhbət zamanı Ahmetdən ayrıldığını, amma onun üçün darıxdığını qeyd edib.

İdmançı sevgilisini qətlə yetirdikdən sonra Tvitter hesabında "təbrik edirəm, iki nəfəri öldürdünüz", sözlərini yazıb.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.