Dünya

Ürək xəstəliklərindən qorunmağın səmərəli üsulu açıqlandı

23 May 2020 14:15
0 Şərh     Baxış: 1 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın Rovira i Virgili Universiteti ilə ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri ürək xəstəliklərindən qorunmağın səmərəli üsulunu açıqlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, alimlər müəyyən edib ki, balıqda və qida əlavələrində omeqa-3 və doymamış yağ turşuları ürək-damar xəstəlikləri riskini azaldır. Bu turşuların faydalı xassələri sayəsində ürək əzələsini möhkəmləndirmək olar.

Tədqiqatda 26 mindən çox qadın iştirak edib. Həmin şəxslərin orta yaşı 53-ə bərabər olub.

Məlum olub ki, balıq və omeqa-3 tərkibli qida əlavələrinin daha çox qidada istifadə olunması tərkibində triqliserid və xolesterin olan lipoproteinlərin azalmasına səbəb olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.