Dünya

Rusiyada xəstəxanada yanğın olub, ölənlər və xəsarət alanlar var

23 May 2020 07:45
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Zelenodolsk şəhərində xəstəxanada yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində 3 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.

Bildirilir ki, yanğın barədə məlumat Fövqəladə Hallar Nazirliyinə saat 23:15-də daxil olub. Saat 23:31-də açıq alovun qarşısı alınıb.

Məlumata əsasən, yanğın xəstəxananın birinci mərtəbəsində palatalardan birində başlayıb. Yanğın zamanı 88 nəfər xəstəxananın digər korpusuna təxliyə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.