Dünya

65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü

30 Mart 2020 10:48
1 Şərh     Baxış: 2 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Çikaqo şəhərində 65 il evli olan cütlük koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onların nəvəsi öz tvitter mikrobloqunda məlumat yayıb.

Stiven Neşin sözlərinə görə, nənə-babası eyni gün bir neçə saat fərqi ilə vəfat edib.

Qeyd olunur ki, cütlüyün 6 övladı və 18 nəvəsi var.

Xatırladaq ki, ABŞ COVİD-19-a yoluxan ölkələr sırasında ilk yerdədir. Birləşmiş Ştatlarda 142, 637 nəfər virusa yoluxub, onlardan 2485-i ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.