Dünya

Bu ölkədə sutka ərzində 3 mindən çox insan virusa yoluxdu

27 Mart 2020 21:25
0 Şərh     Baxış: 2 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 11 658-dən 14 579-a yüksəlib, daha 181 nəfər dünyasını dəyişib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"27 mart saat 09:00-a olan məlumata əsasən, 113 777 nəfərdən analiz götürülüb, onlardan 99 198-i mənfi, 14 579-u isə müsbət nəticələnib. 26 mart saat 17:00-a olan məlumata əsasən, 759 koronavirus xəstəsi dünyasını dəyişib", - nazirliyin məlumatında deyilir.

Daha əvvəl 578 nəfərin öldüyü xəbər verilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.