Dünya

Koronavirusun ilk əlaməti qızdırma deyil – Ağlınıza gəlməyəcək simptom

22 Mart 2020 22:25
108 Şərh     Baxış: 19 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin koronavirusunun erkən əlaməti heç də qızdırma deyil.

Virusun mərkəzi olan Uhan şəhər xəstəxanasının həkimləri daxil olan xəstələrin anamnezini araşdıraraq, koronavirusun ilk və diqqətə alınmayan əlamətlərinin tamam başqa olduğunu müəyyən ediblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, virusa yoluxmanın ilk əlaməti adi qripə bənzər simptomları özünü xəstəliyin orta mərhələsində, hətta atipik pnevmoniyanın başlanğıcında göstərə bilər.

Koronavirusun ilk əlaməti isə həzm sistemində özünü göstərir: ürəkbulanma, qarında ağrı, ishal, ağciyərlər olan nahiyədə sıxılma, ürək döyüntüsünün artması.

Həkimlər bir çox xəstələrin hətta yüksək temperatursuz xəstəxanaya gətirildiyini bildirib. Ona görə qızdırma yoxdursa, koronavirus yoxdur deyə düşünmək yanlışdır.

Koronavirus mütləq bəzi test və analizlərlə dəqiq diaqnoz olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.