Dünya

Beynəlxalq Əmək Təşkilatından ŞOK: 25 milyon nəfər işsiz qala bilər

19 Mart 2020 15:11
0 Şərh     Baxış: 2 366
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Beynəlxalq Əmək Təşkilatı koronavirus pandemiyası ilə əlaqədar genişmiqyaslı işsizlik proqnozlaşdırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, mütəxəssislər hesab edir ki, dövlətlər işçilərin müdafiəsi üçün təcili tədbirlər görməsə, 25 milyon şəxs iş yerlərindən məhrum ola bilər.

Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə qlobal maliyyə böhranı nəticəsində 22 milyon nəfər işsiz qalmışdı.

Xatırladaq ki, bu günədək dünyanın 176 ölkəsində 220 313 nəfər koronavirusa yoluxub, 8 983 nəfər vəfat edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.