Dünya

Pandemiya dünyada nə zaman pik nöqtəyə çatacaq? ÜST-dən açıqlama

14 Mart 2020 12:19
0 Şərh     Baxış: 2 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"COVİD-19 pandemiyasının dünyada nə zaman pik nöqtəyə çatacağını söyləmək çətindir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili Xəstəliklər Proqramının başçısı Mariya van Kerxove deyib.

Onun sözlərinə görə, COVİD-19 pandemiyasının dünyada nə zaman pik nöqtəyə çatacağını söyləmək çətindir:

"Lakin bunun ən qısa zamanda baş verəcəyini ümid edirik. Nə olacağını təxmin edə bilmərik, ancaq hər hansı bir irəliləyişə hazır olmalıyıq. Bu pandemiyanın inkişafı ölkələrin tədbirlərindən asılıdır".

Kerxove hazırda koronavirusa yoluxma sayında səngimə müşahidə olunduğunu, lakin xəstəliyin yenidən sürətini bərpa edə biləcəyi üçün ehtiyatlı davranmağın vacibliyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.