Dünya

Səudiyyə Ərəbistanında koronavirusa yoluxanların sayı 62-yə çatıb

13 Mart 2020 08:52
2 Şərh     Baxış: 1 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanında koronavirusa yoluxmanın təsdiqlənmiş hallarının sayı 62-ə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi Krallığın Səhiyyə Nazirliyinə istinadən məlumat verib.

Qeyd edək ki, daha əvvək ölkədə 45 nəfərin koronavirusa yoluxduğu bilinirdi.

Yeni koronavirusun səbəb olduğu xəstəlik Mərkəzi Çində 2019-cu ilin dekabr ayının sonunda yayılmağa başlayıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya kimi tanıdı. İnfeksiya halları yüzdən çox ölkədə qeydə alınıb. Ümumilikdə, ÜST-nin məlumatına görə, virusa 118 mindən çox insan yoluxub, təxminən 4,3 min nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.