Dünya

İran koronavirusla mübarizəyə 95 milyon dollar ayırdı

12 Mart 2020 15:12
0 Şərh     Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda Tehran şəhərində yeni koronavirusla mübarizə komitəsinə 4 trilyon rial (təxminən 95,2 milyon dollar) vəsait ayrılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran prezidentinin müavini, Plan və Büdcə Təşkilatının sədri Məhəmməd Baqir Nobəxt IRNA-ya açıqlamasında deyib.

M.Nobəxtin sözlərinə görə, ötən həftə də 5,3 trilyon rial (təxminən 126 milyon dollar) yeni koronavirusla mübarizə ilə əlaqədar milli komitəyə vəsait ayrılmışdı.

Nobəxt əlavə edib ki, ümumilikdə indiyə kimi 13,5 trilyon rial (təxminən 321 milyon dollar) vəsait koronavirusla mübarizəyə ayrılıb.

İran prezidentinin müavini bildirib ki, hökumət virusla mübarizədə az təminatlı ailələr üçün dəstək paketləri nəzərdə tutub. Bununla əlaqədar 21 martadək vəsaitlər ödənəcək.

Əlavə edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi İranda ötən günədək (11 mart) 9 min nəfərin yeni koronavirusa yoluxduğunu, 354 nəfərin öldüyünü və təxminən 3 min nəfərin sağaldığını təsdiqləyib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.