Dünya

Koronavirusa yoluxmaq üçün könüllü axtarılır, pul veriləcək - Britaniyada

10 Mart 2020 15:39
1 Şərh     Baxış: 3 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada alimlər koronavirusa yoluxmağa razı olan könüllülərə pul təklif edirlər.

Milli.Az Day.Az-a istinadən bildirir ki, britaniyalı alimlər bunu COVİD-19 əleyhinə vaksinin işlənib hazırlanması məqsədilə planlayıblar.

Peyvəndin hazırlanması ilə Londonun şimalında "Queen Mary BioEnterprises" innovasiya mərkəzinin sahibi "Hvivo" şirkəti məşğul olur.

Tədqiqatçılar 24 könüllü axtarır və onların hər birinə 4,5 min dollar təklif edəcəklər. Onlara koronavirusun nisbətən yüngül 0C43 və 229E formaları süni yolla daxil ediləcək, bundan sonra həmin şəxslər 14 gün karantinə yerləşdiriləcək və peyvəndin hazırlanması üçün tədqiqatlar başlayacaq.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 80-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.