Dünya

Çində koronavirusa yoluxanların 70%-dən çoxu sağalıb

10 Mart 2020 09:27
0 Şərh     Baxış: 1 143
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində yeni növ koronavirus infeksiyasına yoluxanların 70%-dən çoxu tam sağalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Gebreyesus brifinq zamanı bildirib.

"Çində qeydə alınmış 80 min yoluxma hallarının 70%-dən çoxu yeni növ koronavirus infeksiyasından xilas olub", - təşkilat sədri belə deyib.

ÜST-ün hesablamalarına görə, bu rəqəm 58,6 mindən çoxdur. Bundan əlavə, Çində virus nəticəsində ölənlərin 20%-i 80 yaşdan yuxarı insanlardır, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər arasında 13%, diabet xəstələri arasında 9%, tənəffüs problemi olan insanlar arasında isə 8% ölüm halları qeydə alınıb. Xərçəng xəstələrində isə 7,5% ölüm baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.