Dünya

İranın daxili işlər nazirinin müavini koronavirusa yoluxub

9 Mart 2020 16:48
0 Şərh     Baxış: 2 680
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın daxili işlər nazirinin müavini, Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sədri İsmayıl Nəccar da koronavirusa (COVİD 19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Böhranlı Vəziyyətlərin İdarə Edilməsi Təşkilatının sözçüsü Əli Bəxtiyari deyib.

Ə. Bəxtiyari bildirib ki, təşkilatın sədri ötən həftə qripə yoluxma əlamətləri ilə həkimə müraciət edib, onun koronavirusa yoluxduğu məlum olub.

Ə. Bəxtiyarinin sözlərinə görə, İ. Nəccarın səhhəti yaxşılaşdığı üçün bu gün o, həkimlərin göstərişi ilə evə buraxılıb və ev şəraitində karantinə alınıb.

Qeyd edək ki, ötən iki həftə ərzində İranda bir neçə məsul şəxs və rəsmilər koronavirusa yoluxub. Onlardan bəzisi epidemiyadan həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.