Dünya

Malayziyada koronavirusa yoluxanların sayı 99 nəfərə çatıb

8 Mart 2020 21:43
0 Şərh     Baxış: 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Malayziya hakimiyyəti koronavirusa yoluxmanın altı yeni hadisəsi barədə məlumat verib, yoluxmuş şəxslərin ümumi sayı 99 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Baş direktoru Hişama Abdulun yaydığı bəyanatda deyilir.

"Bütün yeni yoluxma halları virusun əvvəlki yayılma ocaqları ilə bağlıdır. Bu günə 41 nəfər tam sağalıb, lakin iki nəfərin vəziyyəti kritik olaraq qiymətləndirilir", - bəyanatda bildirilir.

Xəstəliyin əsas yayıldığı Çində 3 mindən çox ölüm halı qeydə alınıb, 57 min nəfər sağalıb, yoluxma hadisələrinin sayı 80,7 min nəfərə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.