Niderlandda COVİD-19 koronavirusuna yoluxanların sayı 265 nəfərə çatıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Niderlandın Milli Sağlamlıq İnstitutundan bildiriblər. Daha əvvəl 188 nəfərin xəstələndiyi bildirilirdi.
Qeyd edilir ki, ölkədə COVID-19 koronavirusundan ölənlərin sayı 3 nəfər təşkil edir.
Milli.Az