Dünya

Fransada koronovirusdan ölənlərin sayı 16-ya çatıb

8 Mart 2020 11:39
0 Şərh     Baxış: 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada koronovirusdan ölənlərin sayı 16-ya çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə bu virusa yoluxanların sayı isə 949 nəfərdir. Son 24 saat ərzində 336 yoluxma faktı qeydə alınıb, 49 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib. Bu barədə Səhiyyə üzrə baş direktor Jerom Salomon məlumat verib.

Həmçinin qeyd olunur ki, Milli Assambleyanın daha bir deputatı bu virusa yoluxub.

Prezident Emmanuel Makron epidemiya ilə bağlı bazar günü yerli vaxtla saat 18:00-da yeni müdafiə şurasının iclasını çağırıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.