İranda bu günədək (7 mart) 5 823 nəfər yeni koronavirusa (COVID-19) yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib. Bu barәdә Trend nazirliyә istinadәn mәlumat verir.
K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 1 076 nəfər bu virusa yoluxub.
Cahanpur əlavə edib ki, ötən sutka ərzində 21 nəfər koronavirusdan ölüb və ümumilikdə bu virus nəticəsində dünyasını dəyişənlərin sayı 145 nəfərə çatıb.
Nazirlik rәsmisi 1 669 nәfәrin sağaldığını deyib.
Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 4 747 nəfərin yeni koronavirusa yoluxduğunu, 124 nəfərin öldüyünü və 913 nəfərin sağaldığını bildirmişdi.
|
Sıra |
Vilayət adı |
Yoluxma halı (nəfər) |
|
1 |
Tehran |
1 539 |
|
2 |
Qum |
668 |
|
3 |
Gilan |
494 |
|
4 |
İsfahan |
484 |
|
5 |
Əlborz |
305 |
|
6 |
Mazandaran |
606 |
|
7 |
Mərkəzi |
265 |
|
8 |
Qəzvin |
178 |
|
9 |
Simnan |
138 |
|
10 |
Gülüstan |
162 |
|
11 |
Rəzəvi Xorasanı |
135 |
|
12 |
Fars |
95 |
|
13 |
Lorestan |
107 |
|
14 |
Şərqi Azərbaycan |
77 |
|
15 |
Xuzistan |
64 |
|
16 |
Yəzd |
81 |
|
17 |
Zəncan |
52 |
|
18 |
Kürdüstan |
44 |
|
19 |
Ərdəbil |
41 |
|
20 |
Kirmanşah |
31 |
|
21 |
Kirman |
40 |
|
22 |
Həmədan |
34 |
|
23 |
Sistan və Bəluçestan |
34 |
|
24 |
Hörmüzqan |
30 |
|
25 |
Cənubi Xorasan |
18 |
|
26 |
Şimali Xorasan |
23 |
|
27 |
Çahar-Mahal və Bəxtiyari |
16 |
|
28 |
İlam |
15 |
|
29 |
Qərbi Azərbaycan |
33 |
|
30 |
Kohgiluyə və Buyir- Əhməd |
6 |
|
31 |
Buşehr |
8 |
Milli.Az





