Dünya

Kişi arvadını və qızını güllələyib qaçdı - FOTO

6 Mart 2020 20:54
0 Şərh     Baxış: 1 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində kişi bir gündə üç nəfəri güllələyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Şevket Ç. yaşadığı binanın girişində yerləşən mağazanın satıcısı Bülent Yararı güllə ilə vurub.

Bundan sonra o, birinci mərtəbədə yerləşən evinə gedib 18 yaşlı qızı Selin Ç.-ni başından güllələyib. Ona mane olmaq istəyən arvadını isə qarnından və kürəyindən tapança ilə vurub.

Hadisə yerinə gəlmək istəyən qonşuları qorxutmağa çalışan Şevket Ç. havaya bir neçə dəfə atəş açaraq, taksi ilə oradan uzaqlaşıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis Şevket Ç.-nin axtarışına başlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.