Dünya

Yaponiyada koronavirusa qarşı vaksin hazırlığı başlayıb

5 Mart 2020 14:24
1 Şərh     Baxış: 1 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada "AnGes" əczaçılıq şirkəti Covid-19 koronavirusuna qarşı vaksinin hazırlanması üzrə işlərin başladığını elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, vaksinin hazırlanması Osaka Universitetinin mütəxəssisləri ilə birgə həyata keçiriləcək.

Şirkət bildirib ki, vaksin xromosomxarici özüformalaşan genetik element vasitəsilə hazırlanacaq. Qeyd olunur ki, bu üsul vaksinin digər növ vaksinlərlə müqayisədə daha qısa zamanda hazırlanmasına imkan yaradır.

Xatırladaq ki, ilk dəfə Çində yayılmağa başlamış koronavirusa 76 ölkədə 92,5 mindən çox yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı 3,2 min nəfəri ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.