Dünya

Türkiyə üçtərəfli zirvə görüşündən imtina etdi - Ərdoğan bu liderlə eyni masada oturmaq istəmədi

3 Mart 2020 15:27
10 Şərh     Baxış: 2 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sofiya şəhərində Yunanıstan liderinin də iştirakı ilə planlaşdırılan üçtərəfli zirvə görüşündə iştirak etməkdən imtina edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ərdoğanın zirvə görüşündən imtina etməsinə səbəb Yunanıstanın sərhəddə qaçqınlara qarşı nümayiş etdirdiyi sərt mövqe olub.

Bolqarıstanın Baş naziri Boyko Borisov Sofiya şəhərində cümə günü Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsinin planlaşdırıldığını, lakin sərhəddə yunan əsgərlərin vurduğu iki qaçqının həyatını itirməsi səbəbindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Miçotakislə eyni masa arxasında oturmaq arzusunda olmadığını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.