Dünya

Tokio moda həftəsi təxirə salındı

2 Mart 2020 20:20
0 Şərh     Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyada Tokio moda həftəsi koronavirus təhlükəsi ilə əlaqədar təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ənənəvi moda həftəsi bu il martın 16-dan 21-dək keçirilməli idi.

Ölkə ərazisində koronavirusun yoluxanların sayının artması ilə əlaqədar bu tədbiri keçirməmək qərara alınıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Milanda moda nümayişi tamaşaçı olmadan keçirilib. Parisdə isə Luvr muzeyi fəaliyyətini dayandırıb. Muzeyin işinin nə zaman bərpa olunacağı bildirilmir.

Son məlumatlara əsasən, dünyada koronavirusa yoluxanların sayı 89 min nəfəri keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.