Ağ Ev Avstriya Kansleri Sebastian Kurtsla ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılmış görüşü təxirə salıb.
Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, görüş koronavirusun yayılması ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınıb.
Avstriya Kansleri martın 2-də ABŞ-a yola düşməli idi, amerikalı həmkarı ilə görüş isə 3 mart tarixinə təyin edilmişdi.
Xatırladaq ki, Avstriyada koronavirusa yoluxanların sayı 6-ya çatıb. Kurts virusun Avstriya və Avropada yayılma ehtimalı olduğunu açıqlayıb.
Milli.Az