Dünya

İran parlamenti fәaliyyәtini dayandırdı

28 Fevral 2020 20:29
0 Şərh     Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda yeni koronavirusun yayılması ilә әlaqәdar parlament fәaliyyәtini dayandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin rәyasәt heyәtinin sözçüsü Әsәdulla Abbasi IRIB-ә açıqlamasında deyib.

Ә.Abbasinin sözlәrinә görә, parlamentin fәaliyyәti namәlum müddәtә dayandırılıb.

Abbasi әlavә edib ki, büdcә layihәsi vә kәnd tәsәrrüfatı nazirinin etimad sәsi qazanması ilә әlaqәdar iclaslar tәxirә salınıb.

Qeyd edәk ki, İranın Sәhiyyә, Müalicә vә Tibbi Tәhsil Nazirliyi indiyәdәk yeni koronavirus nәticәsindә 34 nәfәr öldüyünü vә 388 nәfәrin bu virusa yoluxduğunu tәsdiqlәyib. İranın bir sıra rәsmilәri, o cümlәdәn sәhiyyә nazirinin müavini, prezidentin müavini vә 4 deputat virusa yoluxanlar arsındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.