Dünya

Koronavirusa görə 53 ölkə Cənubi Koreya ilə gediş-gəlişə məhdudiyyət tətbiq edir

29 Fevral 2020 07:55
0 Şərh     Baxış: 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyada sürətlə yayılan yeni tip koronavirusa (COVID-19) görə bu ölkə ilə gediş-gəlişə məhdudiyyət və qadağalar tətbiq edən dövlətlərin sayı 53-ə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 27 dövlət və ərazi vahidi, o cümlədən Səudiyyə Ərəbistanı, Fələstin, Yamayka koreyalıların və son həftələr ərzində Cənubi Koreyada olmuş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub. Bəzi Avropa ölkələri isə Cənubi Koreya da daxil olmaqla virusun ən çox yayıldığı ölkələrdən gələnlərə qarşı ciddi karantin tədbirləri tətbiq edir. Hətta virusun ortaya çıxdığı və ən çox yayıldığı Çinin 5 vilayəti də Cənubi Koreyadan gələnlərə karantin tətbiq edirlər.

ABŞ, Fransa, Niderland və Avstriya daxil olmaqla 22 ölkə öz vətəndaşlarına Cənubi Koreyaya səyahət edərkən riskləri nəzərə almaq barədə xəbərdarlıq edib.

Qeyd edək ki, son məlumata əsasən, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 2337 nəfərə, ölənlərin sayı 13-ə çatıb. Ötən sutka ərzində Cənubi Koreyada virusa yoluxanların sayı (571 nəfər) Çindəki göstəricidən (327 nəfər) çox olub. Bu, həm də Cənubi Koreyada bir gün ərzində virusa ən çox yoluxma faktıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.