Dünya

Şillə vurmaq istəyən atasını balta ilə öldürdü

25 Fevral 2020 18:26
0 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bursa şəhərində bir şəxs atasını balta ilə öldürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 37 yaşlı Eyyub Y. 67 yaşlı atası Mehmet Y. ilə mübahisə edib.

Mübahisə böyüyüb və Eyyub Y. balta ilə atasının başına və kürəyinə vuraraq onu ölümcül yaralayıb.

Daha sonra o, polisə gedərək təslim olub.

"Atamla mübahisə etdik, o məni vurmaq istədi. Həmin an hirslə baltanı götürüb atamın başına vurdum, sonra da peşman olub polisə gəldim", - deyə Eyyub Y. ifadəsində bildirib.

O, həbs edilərək istintaq təcridxanasına göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.